Tarix
Hitler və Mussolininin Atatürkə SUİ-QƏSD PLANI: 19 sui-qəsd cəhdi...
İngilis sənədlərində Hitler və Mussolinin Atatürkə qarşı 19 dəfə sui-qəsdə cəhd etdiyi barədə məlumatlar var.
Kult.az xəbər verir ki, bunu Türkiyənin "İllərboyu tarix" dərgisinin baş redaktoru Bülənt Günal bildirib.
"Keçmiş Türk Tarix Cəmiyyətinin rəhbəri Mətin Hülagü İngiltərə Xarici İşlər Nazirliyində əhəmiyyətli araşdırmalar aparıb. Bu tədqiqatlar arasında Atatürkə sui-qəsd cəhdləri də var idi. Çox təəccüb doğuracaq sənədlər ortaya çıxdı. Sənədlərə əsasən, Mussolini İtaliyası və Hitler Almaniyası tərəfindən Atatürkə qarşı 19 fərqli sui-qəsd cəhdi olub. Sui-qəsdə cəhdlər arasında zəhərləmə ilə yanaşı, silahlı qrupların Türkiyəyə göndərilməsi kimi fəaliyyətlər də olub.
1930-cu illərdə, II Dünya müharibəsinin hazırlıq dövründə Atatürk kimi lider bir çox avropalı faşistin işinə uyğun gəlmirdi. Osmanlı paşası Vəhdətdinin qardaşı oğlu Bahəddin Osman da ingilislərlə işləyirdi. Atatürkü ortadan götürmək və təkrar taxta ailəsinin keçməsi üçün planları var idi. Əldə edilən sənədlərdən göründüyü kimi, bu plan üçün çox pul xərcləndi", - Günal qeyd edib.
Günal türkiyəli yazar Yaşar Gülsoyun İzmirdə Atatürkə edilən sui-qəsdə cəhdlə bağlı məqaləsi barədə də danışıb:
"Vatikan arxivlərində Atatürkə sui-qəsd cəhdinin sənədi var. Papaya göndərilən məktubda Atatürkə İzmirdə sui-qəsd planları barədə məlumat verilib".
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


