Tarix
Şuşa türməsinin son rəisi 29 il sonra SİRLƏRİ AÇDI - VİDEO
Şuşa türməsi sovetlər birliyinin ən qatı cinayətkarlarının islah olunduğu həbsxanalardan biri olub. Azərbaycanlı və erməni məhkumların birlikdə saxlanıldığı türmə haqqında saysız-hesabsız rəvayətlər və faktlar var. Məsələn, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanı qapıda gözlədən, azərbaycanlı məhbusları Şuşa döyüşlərində iştirak üçün azad edən türmənin son rəisi Aydın Abbasov 29 il sonra ilk dəfə efir məkanında məşhur türmənin sirlərini "Xəzər Xəbər"ə açıb.
Şuşa türməsində etnik qarşıdurma yaratmaq istəyən Serj Sarkisyana türmənin rəisi Aydın Abbasov sərt sözlər deyib.
29 il əvvəl Xankəndidəki aksiyalarda azərbaycanlıların guya türmədə erməniləri incitməsi ilə bağlı iddialar səsləndirən Serj Sarkisyan nümayəndə heyəti ilə Şuşa türməsində təxribat törətməyə çalışıb. Həmin vaxt türmənin rəisi olan Aydın Abbasov bu yalanı ifşa edərək Serj Sarksiyanla bərabər digər erməniləri də tənbeh edib və onları türməyə buraxmayıb.
Şuşa işğal olunana qədər türmənin rəisi işləyən Aydın Abbasov deyir ki, orada bütün millətlərdən olan məhbuslara eyni qaydada münasibət göstərilib. Lakin ermənilər türmədə olan hər kəsdən fərqlənib. Olduqca hiyləgər olan erməni məhbuslar maskalanaraq özlərini sakit aparsalar da, fürsət düşən kimi hər cür pisliyi edirmiş.
Şuşa işğal olunmazdan bir neçə saat əvvəl Aydın Abbasov çətin qərar qarşısında qalır. Çünki erməni məhbuslar bir müddət əvvəl Bakıya göndərilmişdi, amma 36 azərbaycanlı məhkum hələ də türmədə qalırdı. Ermənilər isə Şuşanın bir addımlığında idi. Bu məqamda Aydın Ababsov bütün məhbusları sərbəst buraxır və onları döyüşə çağırır.
Döyüşlər bitdikdən sonra 35 məhbusun bəziləri etdikləri qəhrəmanlıqlara görə əfv edilərək azadlığa buraxılır. Digərlərinin isə qanunun verdiyi imkanlar çərçivəsində cəzaları azaldılır.
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 28 Avqust 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə28 Avqust 19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü
-
Nəqliyyat28 Avqust 18:30Bakıda axşam tıxacı: 18 yol keçilməz oldu
-
Yaxın Şərq28 Avqust 14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region28 Avqust 13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya28 Avqust 12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi



























.jpg)







.jpg)

.jpg)
