Yəhudi alim “tarixin erməni versiyası”na qarşı: “Genosid yalandır”
Bizi izləyin

Tarix

Yəhudi alim “tarixin erməni versiyası”na qarşı: “Genosid yalandır”

Bernard Lewis (1916-2018) Britaniya əsilli Amerika tarixçisidir. Dünya çapında intellektuallardan biri olub. Siyasi şərhləri ilə tanınıb. Yaxın Şərq, İslam, İslam və Qərb kimi sahələrin tarixi ilə bağlı sanballı əsərlərin müəllifidir.

98 il ömür sürmüş bu alim 2007-ci ildə “Yaxın Şərq üzrə Qərbin aparıcı mütəxəssisi” elan olunub.

O, bu dünyada ermənilərin ən çox nifrət etdiyi tarixçilərin önündə gəlir. Nifrətin səbəbi isə odur ki, o, erməni genosidi iddiasını rədd edirdi. O deyirdi ki, Osmanlı imperiyasında türk və erməni millətçiləri arasında silahlı mübarizə gedib. Ortada Osmanlı hökumətinin erməniləri qırmaq niyyəti ilə bağlı hər hansı bir sənəd yoxdur. Təbii ki, Xristian Dünyasının on illər ərzində formalaşdırdığı doqmalara daban-dabana zidd olan bu yanaşma Qərb tarixçiləri tərəfindən süngü ilə qarşılandı. Onu erməni genosidini inkar etməkdə suçladılar. Bu mübahisə elm müstəvisindən və geniş auditoriyaların əhatəsindən çıxdı və o, 1995-ci ildə Fransanın paytaxtında Ali Məhkəmə qarşısında ittihamlarla üzləşdi. Təsəvvür edirsiz, Avropada, bir vaxtlar dünyanın paytaxtı sayılan Paris şəhərində alimi elmi baxışlarına görə suçlayırdılar.

Bernard Lewis Londonda orta sinfi təmsil edən yəhudi ailəsində doğulub. Yəhidilərin dəstəyi olmasaydı, ermənilər fransalı hüquqşünasların əli ilə Paris məhkəməsində onu İsa Məsih kimi çarmıxa çəkəcəkdi.

Ermeni Kırımı - Vikipedi

Bernard Lewis də bir çox Qərb tarixçiləri kimi əvvəl 1915-ci ildə Osmanlı imperiyasında baş verənləri Holokostla müqayisə edib. O, “The Emergence of Modern Turkey” (Çağdaş Türkiyənin yaranması) əsərində yazıb ki, o vaxt 1.5 milyon erməni türklər tərəfindən qətlə yetirilib. Ancaq bu kitabın növbəti nəşrlərində tarixçi ciddi dəyişikliyə yol verib. Yazıb ki, eyni ərazi uğrunda iki millətçi qrupun arasında gedən silahlı mübarizədə ermənilərlə yanaşı türklər də öldürülüb.

Cənab Lewisin mövqeyinin kəskin şəkildə dəyişməsi bununla məhdudlaşmadı. O, Konqresin qətnaməsinə də etiraz olaraq hazırlanmış və 69 alimin imza atdığı sənədə də imza atdı. Həmən ermənilər və onların havadarı olan Qərb mətbuatı ayağa qalxdı. Alimə ittihamlar yağdırdılar. Dedilər ki, o, öz siyasi və şəxsi maraqlarına xidmət etmək üçün tarixə revizionist (yenidən baxmaq, ilkin mövqedən uzaqlaşmaq) baxış sərgiləyir.

Bernard Lewis, Influential Scholar of Islam, Is Dead at 101 - The New York  Times

Tarixçi 1993-cü ildə Fransanın “Le Monde” qəzetinə verdiyi müsahibədə bəyan etdi ki, genosid məsələsi tarixin erməni versiyasıdır. “Le Monde” qəzetində gedən növbəti müsahibəsində o bildirdi ki, o dövrdə "dəhşətli vəhşiliklər" baş verib, amma "Osmanlı hökumətinin erməni millətini məhv etməyi hədəf alan bir qərarı və ya planına dair ciddi bir dəlil yoxdur". Fransa məhkəməsi isə onu "bu qədər həssas bir mövzuda özünü ifadə etməkdə obyektiv və ehtiyatlı olmamaqda” günahkar bildi. Ondan Osmanlı Türkiyəsindəki erməni soyqırımı ilə bağlı ifadələrinə görə bir frank təzminat ödəməsi tələb olundu. Bernard Lewisə qarşı Paris Məhkəməsində Fransa Erməni Milli Komitəsi və Jak Trémollet de Villers (Fransa yazıçısı və hüquqşünası. E.H.) tərəfindən qaldırılan iki məhkəmə işi də oxşar sonluqla yekunlaşdı.

Alain Finkielkraut, Yves Ternon, Richard G. Hovannisian, Robert Melson və Pierre Vidal-Naquet kimi tarixçilər Lewisə qarşı açıq şəkildə təbliğat aparırdılar. Bu kimi alimlərə üzünü tutan Bernard Lewis deyirdi: “Genosid dini və etnik qrupu planlı şəkildə məhv etmək anlamına gəlir. Mənə məlum olduğu qədər ermənilərdə belə bir ittiham üçün elə bir dəlil yoxdur. Əksinə, bunun qarşısını almaq üçün çoxsaylı cəhdlər var, ancaq bu cəhdlər o qədər də uğurlu olmayıb. Bəli, böyük qırğınlar baş verib, rəqəmlər çox qeyri-müəyyəndir, amma bir milyon ola bilər. Söhbət qırğınların olub-olmamasından getmir, söhbət ondan gedir ki, bu qırğınlar Türkiyə hökumətinin əvvəlcədən düşünülmüş bir qərarı nəticəsində baş verib, ya yox. Belə bir qərarın olması haqqında isə ortada heç bir sübut yoxdur”.

İsrail tarixçisi Yair Auron yazırdı ki, Lewisin belə bir mövqe tutması türk millətçilərinə erməni soyqırımı ilə bağlı ittihamlardan daldalanmq üçün sipər oldu və bu məsələ ilə bağlı akademik araşdırmalarda qarışıqlıq yaratdı. Tarixçi İsrail Charny isə deyirdi ki, Bernard Lewisə görə, ruslarla birləşən ermənilər Osmanlı İmperiyasını təhdid etdiyinə görə Osmanlı hökuməti ermənilərin sürgün siyasətinin həyata keçirməli oldu. Halbuki mütəşəkkil sürgün kütləvi qətllə müşayiət olunurdu.

Deyim ki, başqa nüfuzlu alimlər də erməni soyqırımı iddiasın rədd edib. Məsələn, 1985-ci ildə “The New York Times” və “The Washington Post” qəzetlərində əksəriyyəti professor olan 69 elm adamı Konqresə müraciət etdi və erməni genosidi ilə bağlı qətnaməni qəbul etməməyə çağırdı. Dərhal erməni genosidi tərəfdarları ayağa qalxdı ki, yox, elə deyil, həmin 69 alimin hamısı Türkiyədən qrant alanlardır. Yəni, pulun müqabilində onlar həqiqəti inkar edirlər. Təbii olaraq ortaya belə bir sual çıxır: Nədən eyni arqument erməni soyqırımı olub deyənlər üçün keçərli olmasın?

Bir başka açıdan Bernard Lewis | Agos

Bernard Lewisin Parisdə məhkəmə qarşısına çıxarılması özünü doğrultmadı. Əksinə, bu işi təşkil edənlər pis vəziyyətə düşdü. Buna baxmayaraq, İsveçrə də Fransanın yolunu getdi. 2007-ci ildə Tələt Paşa Komitəsinin üzvü olan Doğu Perinçek İsveçrə məhkəməsi qarşısına çıxarıldı. O, “erməni soyqırımı olmayıb” dediyinə görə saxlanılmışdı. Avropa İnsan Hüquqları Məhkəməsi bu işə müdaxilə etdi. İfadə azadlığı səbəbindən Doğu Perinçekə bəraət istədi. Erməni genosidini tarixi fakt kimi dəyərləndirən İsveçrə məhkəməsi türkiyəli siyasətçini azad etməli oldu. Bu münasibətlə Doğu Perinçek belə bir bəyanat verdi: “Biz erməni soyqırımı yalanlarına son qoyduq”.

Bu məsələdə İsrailin tutduğu mövqe son dərəcə önəmlidir. Ən azı ona görə ki, ABŞ-da və Böyük Britaniyada nüfuzlu yəhudi lobbisi var. 2010-cü ildən Türkiyə ilə İsrail arasında müəyyən soyuqluq yaranıb. Ancaq Azərbaycan ilə İsrail arasındakı ilişkilər daha da dərinləşib. Mütəxəssislərin rəyinə görə, bu amil ABŞ prezidentləri tərəfindən erməni soyqırımın tanınmasının qarşısını indiyə kimi alıb. Yəni, Amerikanın yəhudi lobbisi Azərbaycanın maraqlarını nəzərə alaraq, buna imkan verməyib.

İsrail eski Cumhurbaşkanı Şimon Peres hayatını kaybetti (Şimon Peres  kimdir) - Son dakika dünya haberleri

Şimon Peres

İsraildən söz düşmüşkən, 2001-ci ildə bu ölkənin xarici işlər nazir olan Şimon Peres (o, 2007-2014-cü illərdə İsrailin prezidenti olub. E.H.) Türkiyə qəzetlərindən birinə müsahibəsində belə demişdi: “"Holokost ilə erməni iddiaları arasında oxşarlıq yaratmaq cəhdlərini rədd edirik. Holokosta bənzər bir şey olmayıb. Ermənilərin yaşadıqları bir faciədir, amma bunu soyqırım hesab etmək olmaz”.

Bir şeyi də xatırladım: 1999-cü ildə Azərbaycan türklərinin sıx yaşadığı İğdırda Ermənilər Tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi açıldı. Səlcuq memarlıq abidələrinə uyğun şəkildə tərtib edilmiş abidənin açılışı zamanı Türkiyənin dövlət naziri Ramazan Mirzəoğlu çıxışında dedi ki, 1915-1920-ci illər ərazində ermənilər İğdırda 80 min nəfəri qətlə yetiriblər. Onu da qeyd edim ki, həmin açılış törəninə Türkiyə prezidenti Süleyman Dəmirəl də qatılmışdı.

Orası da yaxşı bəllidir ki, Qərb ölkələrindən və Rusiyadan ciddi dəstək alan ermənilər təkcə Osmanlı imperiyasında deyil, həmçinin Azərbaycanda da qırğınlar törədiblər. Eyni proseslər İran Azərbaycanında da baş verib. Ermənilərin Orta Asiyadakı türklərə qarşı da soyqırım törətməsi təzə söhbət deyil. Azsaylı xalqlardan olan ermənilər böyük xülyalarla yaşayırlar. Məsələn, cırtdan Ermənistanın siyasi elitası, xüsusən daşnakların Rusiya, İran, Türkiyə, Gürcüstan, Azərbaycan, hətta Orta Asiyaya dövlətlərinə ərazi iddiası var. Ancaq Qərb tarixçiləri bütün bunların üstündən sükutla keçməyə üstünlük verirlər. Qərbin istəyi odur ki, erməni genosidi iddiası ilə Türkiyəni şantaj etsinlər və rəsmi Ankaranı daim təzyiq altında saxlasınlar.

Ümumiyyətlə, tarixən dünyanın dörd tərəfində kütləvi qətillər törətmiş, on milyonlarla insanın məhvinə imza atmış Qərb xalqlarının Türkiyəni erməni soyqırımında ittiham etməsi serial qətillər törətmiş birinin məsum bir insanı qaniçən adlandırması kimi absurd bir şeydir.

Sadəcə, Qərb ölkələri güclü və həmrəy olduqlarına görə bu kimi iddialar baş aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm