Tarix
Ermənilər qardaşımın əlini isti sobaya saldı, qol sümüyünü sındırdı... - Xocalı şahidi
"Fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalını dörd tərəfdən atəşə tutdular. Evlərə, ot tayalarına od vurdular. Gecənin qaranlığında Xocalı od tutub yanırdı. Evdən əliyalın çıxdıq. Atam və qardaşım əsir düşdü. Biz isə təsadüf nəticəsində Ağdama gələ bildik".
Bunu Publika.az-a Xocalı sakini Roza Fətəliyeva deyib.
Xocalı soyqırımının şahidi bildirib ki, 30 il əvvəlki qətliamda onlarla doğmasını itirib: "Qardaşım gitara ifaçısı idi, ermənilərə əsir düşdü. Atam da onu axtarmaq üçün geriyə qayıdarkən ermənilərin əlinə keçmişdi. Ermənilər qardaşımın əlini isti sobaya basaraq "sən bir də Azərbaycan musiqisi ifa edə bilməyəcəksən" demişdilər. Sonra qolunun sümüyünü qırmışdılar. Bir müddət sonra Milli Qəhrəman Allahverdi Bağırovun köməkliyi ilə qardaşımı və atamı erməni əsirliyindən xilas edə bildik. "Ana harayı" abidəsinin postamentində adları həkk olunan bütün quliyevler mənim qohumlarımdır. Onların bir çoxunun məzarı belə yoxdur. Yeganə arzum odur ki, Xocalıma qayıdım. 30 ildir hər gecə Xocalını yuxumda görürəm".
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)
