Sabiq səfirin oğlu qətlə yetirildi
Bizi izləyin

MDB

Sabiq səfirin oğlu qətlə yetirildi

Kişinyovda Moldovanın Rusiyadakı sabiq səfiri Anatoli Tseranunun oğlu 30 yaşlı Teodor Tseranu qətlə yetirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Teodor və digər şəxs arasında baş vermiş insident atışma ilə nəticələnib. Həkimlər Teodor Tseranunun bədənində 3 güllə yarası aşkarlayıb. Hadisə yerində 32 yaşlı kişi saxlanılıb.

Saxlanılan şəxsin evindəki dəmir seyfdə çoxlu sayda silah-sursat aşkarlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm