MDB
Putindən işğal olunmuş ərazilərlə bağlı SENSASİYALI TƏKLİF
Rusiya prezidenti Vladimir Putin iyulun 16-da Helsinkidə amerikalı həmkarı Donald Trampla görüşündə Ukraynanın Donbas bölgəsində referendum keçirməyi təklif edib.
Publika.az xəbər verir ki, bu haqda “Blomberg” agentliyi mənbələrə istinadən bildirib.
Agentliyin yazdığına görə, Kremldə hesab edirlər ki, “respublikalar”ın sakinləri öz ərazilərinin statusu haqqında fikrini bildirmək imkanı əldə etməlidirlər. Qeyd edilir ki, Rusiya və ABŞ-ın liderləri bu planı hələ açıq səsləndirməmək barədə razılaşıblar. Məqsəd təklifi daha ətraflı öyrənməkdir.
“RİA-Novosti” agentliyi isə qeyd edir ki, söhbət referendumun beynəlxalq təşkilatların himayəsi altında keçirilməsindən gedir.
Xatırladaq ki, ötən gün Putin Rusiya səfirləri və daimi nümayəndələrlə keçirdiyi müşavirədə Ukraynanın cənub-şərqində vəziyyətin kəskinləşmənin ciddi riskləri haqqında danışıb. Rusiya liderinin sözlərinə görə, səbəb Ukrayna hakimiyyətinin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etməsidir.
Qeyd edək ki, Ukraynada 2014-cü ilin əvvəlində hakimiyyət dəyişikliyindən sonra – aprel ayında Rusiyanın dəstəklədiyi separatçı qüvvələrlə Ukrayna Silahlı qüvvələri arasında döyüşlər başlayıb. Nəticədə, Luqansk və Donetsk vilayətlərinin bir hissəsi Kiyevin nəzarətindən çıxıb. Kiyev və Qərb Rusiya qoşunlarının Donbasda, Ukrayna ərazilərinin faktiki Rusiyanın işğalı altında olduğunu bildirir. Moskva isə münaqişə tərəfi olmadığını, problemin Kiyevlə separatçı qurumlar arasında həll edilməli olduğunu bildirir.
Ömər
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR