MDB
Ukrayna Rusiya təyyarələrini MƏHV ETDİ: Azovda təhlükəli addım - VİDEO
Ukrayna Silahlı Qüvvələri Azov dənizinin akvatoriyasında təlimlərə başlayıb.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin Birləşmiş güclərinin əməliyyat qərargahının mətbuat mərkəzindən bildirilib.
"Hücum və ordu aviasiyasının bölmələri rəqibin hava zərbəsini təqlid edirdi. 3SU-23-4 "Şılka", "Strela-10M" ekipajları, daşınabilən zenit-raket kompleksləri və ZU-23 zenit sistemləri şərti hava hədəflərini məhv etdi", - mətbuat mərkəzi qeyd edib.
Vurğulanır ki, təlimlərin hədəfi aşağı hündürlüklərdə rəqibin aviasiyasının hərəkətləri zamanı atəş bacarıqlarının təkmilləşdirilməsidir.
Qeyd edək ki, Donbas və Krım məsələlərinə görə düşmən səviyyəsində olan Rusiya-Ukrayna münasibətləri Kerç boğazı ətrafındakı son hadisədən sonra daha da pisləşib. Noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Onlardan 15-i barədə həbs qəti-imkan tədbiri seçilib.
Kiyev Rusiya sərhədçilərinin hərəkətlərini qanunsuz və beynəlxalq dəniz hüququnun pozulması adlandırıb. Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya müqaviləsini pozub.
Ukrayna hadisədən sonra Rusiya ilə sərhəddə, həmçinin Azov və Qara dənizi sahillərində yerləşən 10 vilayətdə hərbi vəziyyyət rejimi tətbiq edib.
Ömər
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...




































.jpg)
.jpg)

