Putindən növbəti XEYİRXAH ADDIM
Bizi izləyin

MDB

Putindən növbəti XEYİRXAH ADDIM

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ağır xəstəlikdən əziyyət çəkən qızın arzusunu yerinə yetirərək ona müsahibə verəcək.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Telestudiyada bir qız vardı. O, hətta prezidentdən kiçik müsahibə almaq istəyirdi. Ümid edirik ki, lap tezliklə o, bu müsahibəni alacaq", - deyə Peskov bildirib.

Prezidentin mətbuat katibi qeyd edib ki, Vladimir Putinin uşaqların arzusunu yerinə yetirməsi reytinqlə bağlı deyil. Könüllülər Putinə özlərinin ağır xəstə uşaqların arzusunu yerinə yetirməklə bağlı layihələrini göstəriblər.

Putin həmçinin Peterburqu quş uçuşu yüksəkliyindən görmək istəyən xəstə uşağın da arzusunu yerinə yetirib. Dekabrın 15-də prezident oğlanla və onun yaxınları ilə çay içib. Dövlət başçısı ona hədiyyələr bağışlayıb, sonra isə uşağı şəxsən özünün helikopterinə qədər aparıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm