MDB
Belarus Polşa və ABŞ-ı TƏHDİD ETDİ
Belarus Polşa ərazisində ABŞ-ın hərbi bazasının yerləşdirilməsini hərbi təhlükənin mənbəyi kimi qəbul edir.
Publika.az xəbər verir ki, bunu Belarusun müdafiə naziri Andrey Ravkov “RİA-Novosti” agentliyinə müsahibəsində bildirib.
“Həmsərhəd ərazilərdə xarici qoşunların istənilən yerləşdirilməsi bizim dövlətimiz üçün hərbi təhlükə mənbəyi kimi qəbul edilir. Bu baxımdan, Varşavanın bəyanatları Belarusda ciddi qəbul edilir”, - nazir deyib.
Daha əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Polşanın Xarici İşlər Nazirliyinin başçısına “artıq bazaları” yaratmamağı məsləhət görüb, əks halda Minsk və Moskva cavab verməyə məcbur olacaq.
Qeyd edək ki, Polşa ABŞ-a ərazisində daimi əsaslarla zirehli tank diviziyasını yerləşdirməyi təklif edib. Polşa bunun üçün təxminən 1,5-2 milyard dollar xərci də öz üzərinə götürməyə hazırdır. Təklif ikitərəfli münasibətlər çərçivəsində, NATO-dan kənar irəli sürülüb. Polşa prezidenti Ancey Duda hətta bu bazanı “Fort Trump” adlandırmağı təklif edib.
Ömər
-
Sosial02:42Bakının bu ərazisində söküntüyə hazırlıq gedir: Kompensasiya veriləcək? - Video
-
Magazin100:45Natiq Şirinov yeni doğulan nəvəsi ilə - Video
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”
-
Region28 Noyabr 22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO
-
Sosial28 Noyabr 21:36Bakıda stilist doğuşdan sonra vəfat etdi - VİDEO
-
Magazin228 Noyabr 20:24Fədayə Laçın Azərbaycana qayıdır










.jpg)

























