Region
Hörmüz boğazında neft tankeri partladı
İranın qadağan etdiyi Hörmüz boğazı zonasından keçməyə cəhd edən neft tankeri minaya düşərək partlayıb.
Publika.az "Fars" agentliyinə istinadla xəbər verir ki, bu barədə İran ordusu məlumat yayıb.
“Üç neft tankeri naviqasiya sistemlərini söndürərək Hörmüz boğazının şərq hissəsində keçid üçün qadağan olunmuş zonaya daxil olub. Tankerlərdən biri minaya düşərək partlayıb və yanmağa başlayıb”, – məlumatda bildirilir.
Digər iki gəmi marşrutlarını dəyişməyə məcbur olub. Hazırda zərərçəkən gəminin ekipajının taleyi barədə məlumat yoxdur.
Noyabrın 24-də Hörmüz boğazının akvatoriyasında üç neft tankerinin minaya düşərək partladığı və yanmağa başladığı barədə məlumat yayılmışdı. Gəmilərdən biri boğazın cənub sahilləri yaxınlığında, digər ikisi isə ABŞ ordusunun müşayiəti altında ondan şərqdə yerləşirdi.
Daha sonra İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya bildirib ki, ölkənin silahlı qüvvələri ali baş komandanın əmri ilə Hörmüz boğazında nəzarət və müşahidəni gücləndirib. Hərbi rəsmənin sözlərinə görə, son həftələrdə İranla razılaşdırılmadan boğazdan keçən gəmilər ciddi təhlükələrlə üzləşib və minalara düşüb.
Hüseyn İbadlı
-
Sosial02:42Bakının bu ərazisində söküntüyə hazırlıq gedir: Kompensasiya veriləcək? - Video
-
Magazin100:45Natiq Şirinov yeni doğulan nəvəsi ilə - Video
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”
-
Region28 Noyabr 22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO
-
Sosial28 Noyabr 21:36Bakıda stilist doğuşdan sonra vəfat etdi - VİDEO
-
Magazin228 Noyabr 20:24Fədayə Laçın Azərbaycana qayıdır

































