Yaxın Şərq
Netanyahu "Yaşar" partiyasının liderinə görün nə təklif etdi
İsrailin Baş naziri Binyamin Netanyahu “Yaşar” partiyasının rəhbəri Qadi Ayzenkota koalisiya hökuməti qurmağı və baş nazir vəzifəsini növbəli şəkildə tutmağı təklif edib.
Publika.az xəbər verir ki, bu barədə israilli siyasətçi "X" sosial şəbəkəsində məlumat verib.
Netanyahu bildirib ki, ilkin mərhələdə baş nazir vəzifəsini Ayzenkota verməyə, daha sonra isə onu bu postda əvəz etməyə hazırdır. İsrailin baş nazirinin sözlərinə görə, bu variant ərəb partiyalarının hakim koalisiyaya daxil olmasının qarşısını almağa imkan verəcək.
Netanyahu, həmçinin, İsrailin digər partiyalarının terrorçuları dəstəklədiyini və düşmən ünsürlərin ölkəni daxildən ələ keçirməsinə şərait yarada biləcəyini iddia edir.
Oktyabrın 29-da verilən məlumata görə, Netanyahuya məxsus “Likud” partiyasının rəhbərlik etdiyi hakim koalisiya seçicilərin səslərinin 100 faizinin hesablanmasından sonra liderliyini qoruyub. Koalisiya 120 deputat mandatından 53-nü əldə edəcək. Bu isə siyasi birliyin parlament çoxluğunu qazana bilmədiyi deməkdir.
İsrail Prezidenti İsxak Hersoq “Yaşar” partiyasının rəhbəri Qadi Ayzenkota yeni hökuməti formalaşdırmağı tapşıracağını bildirib. Siyasətçinin mandatı aldığı andan hakim koalisiya yaratmaq üçün 28 günü olacaq. Buna səbəb onun blokunun seçkilərdə parlament çoxluğunu təmin edə bilməməsidir.
Hüseyn İbadlı
-
Sosial02:42Bakının bu ərazisində söküntüyə hazırlıq gedir: Kompensasiya veriləcək? - Video
-
Magazin100:45Natiq Şirinov yeni doğulan nəvəsi ilə - Video
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”
-
Region28 Noyabr 22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO
-
Sosial28 Noyabr 21:36Bakıda stilist doğuşdan sonra vəfat etdi - VİDEO
-
Magazin228 Noyabr 20:24Fədayə Laçın Azərbaycana qayıdır





































