MDB
Moskva ABŞ-ı hərbi cavabla HƏDƏLƏDİ
Ölkənin təhlükəsizliyin təmin olunması fonunda Rusiyanın şimalı bizim tam nəzarətimiz altındadır. Həm də əvvəlcədən məlumdur ki, oradan bizin üçün hansı təhlükələr var və bütün cavablar özünü çox gözlətməyəcək.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın Arktikaya hərbi gəmiləri göndərmək planını şərh edən Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin üzvü Frans Klinseviç bildirib.
O əlavə edib ki, yalnız adekvat cavabları haqqında söhbət getmir.
“Məsələn, amerikalılara Venesuelaya uçuşlarımızın mənası haqqında düşünməyi təklif edərdim”, - Klinseviç deyib.
Daha əvvəl ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin başçısı Riçard Spenser bildirib ki, Vaşinqton 2019-cu ilin yayında Arktikaya hərbi gəmilər qrupunu göndərməyi planlaşdırır. O vurğulayıb ki, Rusiya tədqiqatlar və xilasedici əməliyyatlarla izah edərək Arktikada öz hərbi gücünü artırır.
“Düşünürəm ki, biz də həmçinin orada tədqiq aparmalı və kimisə xilas etməliyik”, - amerikalı general yekunlaşdırıb.
Qeyd edək ki, ABŞ-ın sualtı gəmilər və təyyarələri 1960-cı illərdən Arktikadadır.
-
Hadisə19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
-
Dünya09:48Mayamidən İstanbula, oradan da İtaliyaya uçdu: Çantasından qurudulmuş baş çıxdı - FOTO


































.png)




