MDB
Ukraynada prezident seçkiləri: səslərin 90 faizi sayıldı: Zelenski və... - YENİLƏNİR
Ukraynada keçirilmiş prezident seçkilərində protokolların 90 faizinin hesablanmasına əsasən Vladimir Zelenski öndədir.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata görə, o, səslərin 30,26 faizini toplayıb.
Sonrakı yerlərdə aşağıdakı namizədlər qərarlaşıb:
Pyotr Poroşenko - 16 faiz
Yuliya Timoşenko - 13,35 faiz
Yuri Boyko - 11,53 faiz
Anatoli Qritsenko - 7,01 faiz
***
Ukraynada keçirilmiş prezident seçkilərində protokolların 40,21 faizinin hesablanmasına əsasən Vladimir Zelenski öndədir.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata görə, o, səslərin 30,23 faizini toplayıb.
Sonrakı yerlərdə aşağıdakı namizədlər qərarlaşıb:
Pyotr Poroşenko - 16,65 faiz
Yuliya Timoşenko - 13,14 faiz
Yuri Boyko - 11,48 faiz
Anatoli Qritsenko - 7,07 faiz
***
Ukrayna Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqlayıb.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, seçki bülletenlərinin 4,6 faizinin sayılmasından sonra ortaya çıxan nəticələr aşağıdakı kimidir:
Vladimir Zelenski - 28,78 faiz
Pyotr Poroşenko - 17,16 faiz
Yuliya Timoşenko - 14,79 faiz
Yuri Boyko - 10,23 faiz
Anatoli Qritsenko - 6,64 faiz
***
Ukraynanın 3 yerli təşkilatının apardığı “exit-poll”un nəticələrinə görə, 30,4 faiz Vladimir Zelenski, 17,8 faiz Petro Poroşenko, 14,2 faiz Yuliya Timoşenko, 9,8 faiz Yuri Boyko, 7,1 faiz isə Anatoli Qriçenko seçicilərin səsini toplayıb.
Publika.az xəbər verir ki, bu haqda UNİAN agentliyi bildirib.
Ukrayna MSK-sı 44 nəfərin prezidentliyə namizədliyini qeydə alsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb. Seçki bülletenində 39 namizədin adı qeyd olunub. Ukraynanın seçki tarixində bu, rekord göstəricidir. Ona görə də seçki bülleteni rekord uzunluqda 80 sm-dir.
***
Ukraynada bu gün keçirilən prezident seçkilərinin “eksit-poll” nəticələri açıqlanıb.
Publika.az xəbər verir ki, şoumen Vladimir Zelenskiy 26-27 faizlə liderlik edir.
Hazırkı prezidenti Pyotr Poroşenkonun təxminən 16-17 faiz səs aldığı bildirilir. Keçmiş baş nazir, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenkonun 14-15 faiz səslə üçüncü yerdə olduğu bildirilir.
Timoşenkoa üçüncü yer uğrunda Yuri Boyko ilə mübarizə apardığı deyilir.
Müxtəlif məlumatlara görə, Timoşenko Boyko və Poroşenko daha az səs toplayaraq yalnız 4-cü yeri tutur.
Qeyd edək ki, namizədlərdən hər hansı 50 faizdən çox səs toplaya bilməyəcəyi halda, ən çox səs toplayan iki namizəd ikinci turda mübarizə aparacaq.
-
Hadisə02:18Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış - Foto
-
Qoroskop00:45Bu bürcləri böyük sürprizlər gözləyir
-
Sosial19 Avqust 22:18Şadlıq evlərindən şikayət: Toylar başlayan kimi rahatlıq tapa bilmirik... - Video
-
Kriminal19 Avqust 21:51Həbs xəbəri yayılan bloqerdən açıqlama
-
İdman19 Avqust 20:48Gənc futbolçulara yatırım həm kubok, həm də milyonlar qazandırdı - Araşdırma
-
Dünya19 Avqust 19:40Tehran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır... - NATO-dan reaksiya
-
İKT19 Avqust 19:30Bunu etsəniz, məlumatlarınız kiberdələduzların əlinə keçəcək - Gizli təhlükə
-
Sosial19 Avqust 18:10Bakıda “İbrahim Tatlışiş”də kabab at ətindən bişirilirmiş - Foto






































