Rusiya Belarusa 600 milyon dollar kredit verəcək
Bizi izləyin

MDB

Rusiya Belarusa 600 milyon dollar kredit verəcək

Belarus cari borcun ödənilməsi üçün Rusiyadan 600 milyon dollar krediti alacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.

Onun sözlərinə görə, hazırda dövlətlərarası razılaşmanın imzalanması üçün işlər aparılır.

Siluanov əlavə edib ki, Belarus həmçinin bütün şərtləri yerinə yetirdiyinə görə aprelin sonunadək Avrasiya sabitlik və inkişaf fondundan növbəti 200 milyon dollar həcmində kredit tranşını ala bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm