Rusiyada Ermənistandan gedən avtobus aşdı
Bizi izləyin

MDB

Rusiyada Ermənistandan gedən avtobus aşdı

Ermənistandan Rusiyanın Omsk şəhəri istiqamətinə gedən avtobus Stavropol diyarında aşıb.

Trend-in məlumatına görə, nəticədə üç nəfər xəsarət alıb.

Qəza bu gün səhər Sovetski şəhər dairəsində Nina yaşayış məntəqəsinin yaxınlığında baş verib.

Məlumata əsasən, Yerevandan gələn "Nissan Elgrand" markalı mikroavtobusda səkkiz nəfər olub, onlardan üçü xəsarət alıb.

Avtobusun bütün sərnişinləri Ermənistan vətəndaşıdırlar. Hadisə yerində fövqəladə hallar xidmətinin nümayəndələri çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm