ABŞ-ın Rusiyaya Krımla bağlı təklifi ortaya çıxdı
Bizi izləyin

MDB

ABŞ-ın Rusiyaya Krımla bağlı təklifi ortaya çıxdı

ABŞ 2014-cü ildə Krımda referendumun təkrar keçirilməsini təklif edirdi.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBK nəşrinə müsahibəsində bildirib.

Lavrovun sözlərinə görə, bunu dövrün dövlət katibi Con Kerri təklif etmişdi. Nazir əlavə edib ki, Rusiya bu təklifdən imtina edib.

Rusiyanın xarici siyasət idarəsinin başçısı həmçinin ümid etdiyini deyib ki, Kerri ondan inciməyəcək, çünki onun özü Rusiya naziri ilə danışıqlardan bəzi sirləri memuarlarında dərc edib.

Qeyd edək ki, Krım 2014-cü ilin martında keçirilmiş referendumun nəticələrinə görə Rusiyaya birləşdirilib. Ukrayna, ABŞ, Avropa İttifaqı və başqa ölkələr referendumun nəticələrini tanımır və yarımadanın Rusiyaya birləşdirilməsini işğal hesab edir. Moskva isə təkid edir ki, Krımın birləşməsi prosesi beynəlxalq hüququn normalarına cavab verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm