• USD 1,7000 0,00% EUR 1,9027 -0,22%
    • GBP 2,1179 -0,36% RUB 0,0270 0,00%

Zaxarçenkonun qətlinin sifarişçiləri açıqlandı

  • MDB
  • 17 İyun 2019 07:25
  • 1 351 Baxış
Zaxarçenkonun qətlinin sifarişçiləri açıqlandı

Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun keçmiş rəhbəri Aleksandr Zaxarçenkonun qətlinin təşkilatçıları müəyyən edilib.

Publika.az xəbər verir ki, bu haqda qurumun “xüsusi xidmət orqanları”nın anonim əməkdaşı “Rossiya 1” telekanalının efirində danışıb.

Onun sözlərinə görə, terror aktının təşkilinə Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatının 5-ci idarəsinin müdirinin köməkçisi Sergey Motorin cəlb olunub. Separatçı qurumun nümayəndəsi qeyd edib ki, Motorin Donbasdan gəlmədir və daha əvvəl Slavyanskda xidmət edirdi. Onun həmçinin “Motorola” kimi məşhur olan “DXR”-in döyüşçüsü Arsen Pavlovun həlak olması ilə əlaqəsi olduğu bildirilir.

"DXR"-in "xüsusi xidmət orqanları"nın məlumata görə, hadisədən sonra Ukrayna Təhlükəsizlik Xidmətinin "agent"ləri Sergey Beştu, Vladislav Zaytsev və başqaları saxlanılıb. Onlar öz kuratorları haqqında informasiyanı açıqlayıblar. Söhbət əks-kəşfiyyatının 5-ci idarəsinin müdiri Roman Çervinskiy, həmçinin onun müavinləri Maksim Popov və Aleksandr Pokladdan gedir.

Daha əvvəl “DXR”-in indiki rəhbəri Denis Puşilin bildirib ki, Ukrayna və başqa dövlətlərin yüksək vəzifəli vətəndaşları Zaxarçenkonun qətlinin sifarişçisi olublar. O, həmin şəxslərin soyadlarını adlandırmaqdan imtina edib.

Xatırladaq ki, Aleksandr Zaxarçenko ötən il avqustun 31-də Donetsk şəhərinin mərkəzində “Separ” kafesində bombanın partlaması nəticəsində həlak olub. Hadisədən dərhal sonra “DXR” şübhəlilərin tutulduğunu açıqladı. Məlumata görə, şübhəlilər qətldə Ukrayna tərəfinin iştirakı təsdiq ediblər. Kiyevdə bu ittihamları rədd edir.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR