MDB
Zelenski Ali Radada neçə yer əldə edir – SON NƏTİCƏLƏR
Seçki bülletenlərinin 20,75 faizinin hesablanmasından sonra əldə olunan nəticələrə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçisi" partiyası parlamentdə 225 yer alır.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda “Ukraynskaya Pravda” nəşrinin saytında bildirilir.
“Xalqın xidmətçisi” partiya siyahıları üzrə 121, majoritar qayda üzrə 104 yer qazanır. Son nəticələrə görə, Yuri Boykonun “Müxalifət platforması - həyat üçün” 42 (müvafiq olaraq 36 və 6), sabiq prezident Petro Poroşenkonun “Avropa həmrəyliyi” partiyası 27 (25 və 2), keçmiş baş nazir Yuliya Timoşenkonun “Batkivşina” partiyası 26 (25 və 1), “Səs” partiyası 21 (19 və 2) mandat qazanır.
Qeyd edək ki, ötən gün Ukraynada növbədənkənar parlament seçkiləri keçirilib. Deputat korpusunun yarısı (225) partiya siyahıları, digər yarısı isə majoritar dairələrdə seçiləcək. Parlamentə 5 faizlik baryeri keçən partiyalar düşə biləcəklər.
Bülletenlərin 20,75 faizinin sayılmasından sonra Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə görə, “Xalqın xidmətçisi” 42,11 faiz səs toplayaraq liderliyini saxlayır. İkinci yerdə “Müxalifət platforması - həyat üçün” (12,69) gəlir. İlk beşliyi “Avropa həmrəyliyi” (8,68), “Batkivşina” (8,23) və “Səs” (6,39) bağlayır.
Ömər Dağlı
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)






















.jpg)

.jpg)
