MDB
Rusiyanın altıncı nəsil döyüş təyyarələri ABŞ-ın hədəfində - İNANILMAZ ÖZƏLLİKLƏR
ABŞ-ın “Military Watch” dərgisi Rusiyanın 2020-ci ildən etibarən istifadə edəcəyi döyüş təyyarələri ilə bağlı proqnozların yer aldığı məqalə yayımlayıb.
Publika.az xəbər verir ki, məqalədə döyüş vasitələrinin hansı xüsusiyyətlərə malik olacağı da qeyd edilib.
Siyahının ilk pilləsində yeni nəsil “Tupolev PAK DA” görünməz strateji bombardman təyyarəsi qərarlaşıb. Rusiyanın bu təyyarə ilə ABŞ-ın “B-21 Raider” və Çin istehsalı “H-20” təyyarələrinə cavab vermiş ola biləcəyi bildirilib. Rusiya təyyarəsinin hipersəs ballistik raketlər daxil olmaqla, geniş sursat daşıya biləcəyi ehtimal edilir.

Siyahının ikinci pilləsində isə “MiG-41” qırıcısına yer verilib. Məqalədəki proqnoza görə, bu təyyarə “MiG-25” və “MiG-31” qırıcılarının üstünlükləri ilə yeni nəsil texnologiyaları bir araya gətirərək hazırlanıb və düşmənin peyklərini təhdid etməyə istiqamətlənib.

Siyahıda mövcud modellərin təkmilləşdirilməsi ilə ortaya çıxa biləcək yeni təyyarə modelləri də təqdim olunub. Burada “MiG-29” qırıcısının daha təkmilləşdirilmiş versiyasının ortaya çıxa biləcəyi ehtimal edilir. Bu qırıcıda müasir “MiG-35”in motor, sensor seti və yeni nəsil sursatdan istifadə edə bilmə bacarığı kimi bir çox xüsusiyyətinin ola biləcəyinə diqqət çəkilib.

Süni intellekt özəlliyi
Ən yeni “Su-57” qırıcı təyyarəsinin də yeni nəsil texnologiyalarla daha irəli səviyyədə təkmilləşdirilə biləcəyi vurğulanan yazıda görünməz təyyarənin müasirləşdirmə sayəsində lazer silahlar və süni intellekt ilə təchiz olunan altıncı nəsil döyüş təyyarələri qrupunda yer alacağı ifadə edilib.

Siyahının sonunda şaquli qalxma və enmə bacarığına sahib SSRİ istehsalı “Yak-141” təyyarəsini göstərən “Military Watch” Rusiyaya SSRİ-dən miras qalmış bu təyyarənin istehsal texnologiyası ilə müasirləşdirilmiş versiyasının buraxıla biləcəyi, yeni təyyarədə aktiv fazalı radiolokasiya və yeni sursatları istifadə edə bilmə bacarığı kimi xüsusiyyətlərin olacağı proqnozlaşdırılıb.
Zümrüd
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm

































.jpg)
.jpg)

