MDB
Rusiya strateji bombardman təyyarələrini yeniləyir - Dünyada ilk
Rusiya Tu-160M və Tu-160M2 strateji bombardman təyyarələrinin mənzilini artırır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirinin müşaviri Aleksey Krivoruçko danışıb.
O bildirib ki, təyyarələrin uçuş mənzili NK-32 motorları sayəsində 1000 kilometr artacaq. Bununla da onların mənzili 13 min 300 km olacaq.
Qeyd edək ki, Tu-160 strateji bombardman təyyarəsinin ilk prototipi Tupolev Aviasiya Şirkəti tərəfindən həyata keçirilən strateji və uzunmənzilli döyüş təyyarələrinin təkmilləşdirilməsi üçün yaradılan böyük ölçülü proqramın parçası olaraq istehsal edilib.
Tu-160 dünya aviasiya tarixində istehsal edilmiş ən böyük və güclü hipersəs təyyarəsi kimi tanınır. Eyni zamanda, qanadlarının geometriyası dəyişə bilən ən ağır (110 000 kq) döyüş təyyarəsidir. İlk dəfə 1987-ci ildə SSRİ ordusunun xidmətinə verilən hava gəmisi Rusiya Aviasiya-Kosmos Qüvvələrinin Suriyadakı əməliyyatlarında istifadə olunur.
2015-ci ildə strateji bombardmançının Kazan Təyyarə Fabrikində istehsalına yenidən başlanacağı elan edildi. Ötən ilin noyabr ayında isə test poliqonuna təhvil verildi.
Təkmilləşdirilmə işlərindən sonra T-160-ın potensialının 60% civarında artması gözlənilir.
Zümrüd
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...


































.jpg)
.jpg)

