MDB
Payızda milyonlarla insan işsiz qalacaq - QORXUNC PROQNOZ
Payızda Rusiyada işsizlərin sayı 20 milyona çata bilər.
Publika.az xəbər verir ki, bu sözləri “Superjob” işaxtarma saytının rəhbəri Aleksey Zaxarov “İnterfaks”a açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkədə işsizlik rəqəmləri rəsmi açıqlamalardakından 5-6 dəfə çoxdur: “Hazırda Rusiyada real işsiz sayı 10 milyon civarındadır. Halbuki rəsmi rəqəmlərdə bu, 2 milyon kimi göstərilir. Yeni tip koronavirus pandemiyası səbəbilə şirkətlər ixtisar və iflas kimi vəziyyətləri fiziki olaraq gerçəkləşdirə bilmir. İşsiz qalanların çoxu da rəsmi qurumlara müraciət etmir. Çünki bir çox insan üçün bunun heç bir mənası yoxdur”.
Rusiyanın Əmək naziri Anton Kotyakov ölkədə 2,2 milyon qeydiyyatda olan işsiz yaşadığını açıqlayıb.
Dövlət başçısı Vladimir Putin bir müddət əvvəl verdiyi açıqlamada pandemiya səbəbilə ölkədə işsizliyin artdığını dilə gətirmiş, dövlət qurumlarının bu problemə diqqət göstərməsini tələb etmişdi.
Xatırladaq ki, Rusiyada pandemiyaya görə işini itirənlərə aylıq 12 min 130 rubl (177 dollara yaxın) yardım edilir.
Zümrüd
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi

























.jpg)









