Karantin yumşaldılır, yoluxma artır - Rusiya çətin vəziyyətdə
Bizi izləyin

MDB

Karantin yumşaldılır, yoluxma artır - Rusiya çətin vəziyyətdə

Rusiyada koronavirusa yoluxma sayı 599 min 705-ə, ölənlərin sayı isə 8 min 359-a çatıb.

Publika.az xəbər verir ki, bu barədə Koronavirus İnfeksiyasına Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.

Xəbərə görə, son sutka ərzində 7 min 425 yeni yoluxma, 153 ölüm qeydə alınıb.

Bununla belə, pandemiya ilə mübarizə tədbirləri yumşaldılmağa davam edir. Belə ki, Qaraçay-Çərkəz Respublikası, Çuvaşıstan, Smolensk, Pskov, Nenets Muxtar Vilayəti, Hantı-Mansi, Tuva, Amur bölgəsi xaricindəki bütün bölgələrdə karantin rejimi mərhələli şəkildə yumşaldılıb.

Paytaxt Moskvada tədbilərin yumşalması qərarı çərçivəsində daha əvvəl eyvan və açıq məkanlarda xidmətə başlayan restoran və kafelər bu gündən etibarən tamamilə açılıb. Bundan başqa, uşaq parkları və əyləncə mərkəzləi fəaliyyət başlayıb. İdman salonları, fitness və hovuzlar xidmətə açıq elan edilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm