Lukaşenko Rusiyaya getdi - Putinlə kritik müzakirə
Bizi izləyin

MDB

Lukaşenko Rusiyaya getdi - Putinlə kritik müzakirə

Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Rusiyaya səfər edir.

Publika.az xəbər verir ki, Rusiya lideri Vladimir Putin ilə görüşmək üçün Soçiyə gedən Lukaşenkonun təyyarəsi artıq eniş edib.

Kremldən verilən açıqlamada liderlərin görüşü çərçivəsində ikili münasibətlərin gələcəyi, birgə layihələr və ölkələrin inteqrasiya prosesinin müzakirə olunacağı bildirilib.

Açıqlamada bildirilməsə də, Belarusda prezident seçkilərindən sonra baş qaldıran etiraz aksiyalarının da gündəmə daxil ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu, Aleksandr Lukaşenkonun 6-cı dəfə prezident seçkilərində qalib gəlməsindən sonra xaricə etdiyi ilk səfərdir. Onu Belarus Xarici işlər və Müdafiə naziri müşayiət edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm