MDB
Qədim şəhərimizin divarı UÇUR
Dağıstanın qədim Dərbənd şəhərində UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Cənub qala divarının Orta-qapı yaxınlığındakı hissəsi uçub. S
Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə müvəqqəti olaraq şəhər rəhbəri vəzifəsini icra edən Rüstəmbəy Pirməhəmmədov öz "Instagram" hesabında məlumat yayıb.
Onun sözlərinə görə, şəhər rəhbərliyi qala divarının qəzalı vəziyyətdə olması barədə artıq çoxdandır ki, həyəcan təbili döyürdü. Pirməhəmmədov onu da bildirib ki, meriyanın imkanları çərçivəsində qala divarlarını bərpa etmək mümkün deyil. Çünki abidə Rusiya Mədəniyyət Nazirliyinin məsuliyyət zonasındadır. "Üstəlik, əgər biz təmir işlərinə başlasaq, qanun qarşısında məsuliyyət, hətta cinayət məsuliyyəti daşımış olarıq", – deyə o əlavə edib.
Dərbənd şəhərinin rəhbəri onu da qeyd edib ki, qalanın digər hissələrinin vəziyyəti də həyəcan vericidir.
Dərbənd qoruq-muzeyinin direktoru Viktor Çesnakov isə bildirib ki, qala divarında çatlar hələ iki ay bundan əvvəl müşahidə olunub. Onun sözlərinə görə, artıq lazımi sənədlər Rusiya Mədəniyyət Nazirliyinə göndərilsə də, indiyə kimi təmir-bərpa işlərinə vəsait ayrılmayıb.
Qeyd edək ki, Qala divarları müxtəlif mərhələlərlə VI-XIX əsrlər ərzində inşa olunub. Sonuncu dəfə burada təmir işləri 1877-ci ildə, şəhərdə hərbi vəziyyət elan olunan vaxt aparılıb.
Xatırladaq ki, 2003-cü ildə Dərbənd qalası və istehkamları Dünya İrsi Siyahısına daxil edilib.
Dərbənd şəhəri tarixşünaslıqda son dövrədək Azərbaycan şəhəri kimi göstərilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
