MDB
Belarus “Şərq Tərəfdaşlığı”nda iştirakını dayandırır
Avropa İttifaqının (Aİ) Belarusdakı nümayəndə heyətinin rəhbəri Dirk Şubel ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Publika.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Belarus XİN məlumat yayıb.
Məlumata əsasən, Aİ nümayndəsinin XİN-ə çağırılmasına səbəb İttifaq ölkələrinin Belarusa qarşı tətbiq etdikləri növbəti sanksiyalar paketi və həmin sanksiyalara qarşı cavab tədbirlərinin elan edilməsi olub.
“Belarus Respublikası Aİ-nin “Şərq Tərəfdaşlığı” təşəbbüsündə iştirakını dayandırır. Həmçinin, Aİ ilə readmissiya barədə razılaşmanın fəaliyyətinin dayandırılması prosedurunu başladır. Bununla yanaşı, Belarusun Aİ yanında nümayəndəsi məsləhətləşmələr üçün Minskə çağırılır”, - deyə XİN-in bəyanatında bildirilib.
Bununla yanaşı, bəyanatda sanksiyaların tətbiqində iştirak etmiş İttifaq rəsmilərinin Belarusa girişinin qadağan olunacağı da qeyd olunub.
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir






































