Rusiya Bolqarıstanı HƏDƏLƏDİ: səhər saatlarında...
Bizi izləyin

MDB

Rusiya Bolqarıstanı HƏDƏLƏDİ: səhər saatlarında...

"Sofiya 70 rus diplomatını ölkədən çıxarmaq qərarını ləğv etməsə, Moskva Sofiya ilə diplomatik münasibətləri kəsməyi nəzərdən keçirir".

Publika.az BNT-yə istinadla xəbər verir ki, bunu Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova bildirib.

O, Rusiyanın 70 rus diplomatını göndərmək qərarına gələn Bolqarıstan hakimiyyətinin hərəkətlərini görünməmiş hal kimi qiymətləndirdiyini söyləyib

Məlumata görə, çərşənbə günü səhər saatlarında Mitrofanova Bolqarıstan Xarici İşlər Nazirliyindən qərarı ləğv etməyi tələb edib.

“Diplomatik əlaqələr hətta pozula bilər! Moskva qərar verəcək”, - deyə o bildirib.

Xatırladaq ki, iyunun 28-də Bolqarıstan 70 rus diplomatını ölkədən çıxardığını açıqlayıb.

Bolqarıstan Xarici İşlər Nazirliyi öz qərarını qarşılıqlılıq prinsipi və Rusiya rəsmilərinin fəaliyyəti ilə izah edib ki, bu da ölkənin milli təhlükəsizliyini təhdid edir və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına ziddir.

BGNES xəbər agentliyi Bolqarıstanın Baş naziri Kirill Petkova istinadən xəbər verir ki, bu diplomatların çoxu qeyri-adi aktiv olub və birbaşa xarici xidmətlər üçün çalışıb və onların diplomatik rolu ört-basdır edilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm