MDB
Putin xarici muzdluların orduda döyüşməsinə RƏSMƏN İCAZƏ VERDİ
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin xarici muzdlulara Rusiya ordusunda xidmət etməyə rəsmən icazə verib.
Publika.az xəbər verir ki, müvafiq sənəd artıq Kremlin saytında dərc olunub.
Qeyd olunur ki, Rusiya rəhbərinin fərmanı ilə 1999-cu ildə hərbi xidmət keçmə qaydası haqqında əsasnaməyə dəyişiklik edilir. İndi əcnəbilər Rusiya Federasiyasının vətəndaşları ilə bərabər orduda xidmət edə bilərlər.
"Rusiya Federasiyasının vətəndaşı olan əsgərlər, matroslar, çavuşlar, komandirlər, o cümlədən xarici dövlətin vətəndaşlığı və ya yaşayış icazəsi və ya xarici vətəndaşın dövlətin ərazisində daimi yaşamaq hüququnu təsdiq edən digər sənəd olanlar", - sənəddə deyilir .
Sənəddə qeyd edilir ki, söhbət təkcə müqaviləli xidmətdən deyil, həm də hərbi xidmətdən gedir.
İstintaqda olan, təqsirli bilinən və ya məhkumluğu ödənilməmiş əcnəbilər tərəfindən xidmət müqaviləsi bağlana bilməz. Eyni müddəa ruslara da aiddir.
Bundan əlavə, narkotik vasitələrə görə inzibati cəza müddəti başa çatmamış əcnəbilər tərəfindən müqavilə bağlana bilməz.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
