MDB
Qocalar evində yanğın: Ölənlərin sayı 22-yə çatdı - VİDEO/YENİLƏNDİ
Kemerovoda qeyri-leqal qocalar evində baş verən yanğın nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin "Telegram-kanal"ında məlumat verilib.
“Son məlumatlara görə, hadisə yerinə baxış zamanı daha iki nəfərin meyiti tapılıb. Ölənlərin sayı 22-yə çatıb. 6 nəfər xəsarət alıb, onlardan ikisi yanıq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib”, - məlumatda deyilir.
Kemerovo vilayətində insanların ölümünü araşdırmaq üçün Rusiya İstintaq Komitəsinin mərkəzi aparatının ekspertləri və Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları hadisə yerinə göndərilib.
Kemerovoda qocalar evinin yanması faktı dekabrın 24-nə keçən gecə məlum olub. Yanğının sahəsi 180 kvadratmetr olub. Faktla bağlı Rusiya İstintaq Komitəsi cinayət işi açıb.
Yanğının ilkin səbəbi kimi sobanın düzgün işləməməsi göstərilir. Kemerovo vilayətinin prokurorluğu hadisə ilə bağlı araşdırma təşkil edib.
xxx
Cümə günü axşam saatlarında Rusiyanın Kemerovo şəhərində evsizlər üçün qeyri-qanuni sığınacaqda yanğın baş verib.
Publika.az REN TV-yə istinadla xəbər verir ki, qonaqların çoxunun artıq yatdığı bir vaxtda bina alovlanıb, bir neçə nəfər qaça bilib. 20 əfər ölüb, daha 6 nəfər yaralanıb.
xxx
01:41
Rusiyanın Kemerovo şəhərində qanunsuz qocalar evində yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Bildirilib ki, ölənlərin sayı 11 nəfərə çatıb. Daha iki nəfər yaralanıb.
İlkin məlumata görə, binada 26 nəfər olub. Yanan binadan neçə nəfərin çıxa bildiyi hələlik məlum deyil.
Hazırda yanğın söndürülüb, dağıntılar təmizlənir.
Məlum olub ki, qocalar evinin ikinci mərtəbəsi yanğın nəticəsində demək olar ki, tamamilə yanıb.
Səxavət Həmid, Hüseyn İbadlı
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video





























.png)


.jpg)



