MDB
Bədənindən çıxan mərmini Fransa səfirinə göndərdi - Hədələdi
Donbasda yaralanan “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin bədənindən çıxarılan mərmi parçasını Fransanın Rusiyadakı səfiri Pyer Leviyə göndərib.
Publika.az xəbər verir ki, Roqozin səfirliyə mərmi ilə birlikdə məktub da ünvanlayıb.
Fransanı qaniçən ölkəyə çevrilməkdə və ABŞ diktəsi ilə hərəkət etməkdə ittiham edən Roqozin məktubunda yazır: “Bu zərfdə məktubla yanaşı, Fransanın 155 mm-lik özüyeriyən “Sezar” artilleriyasından atılan mərmi parçası da var. O, sağ çiynimi deşdi və onurğama girdi. Məni ölümdən, yaxud iflic olmaqdan cəmi bir millimetr məsafə xilas etdi.
Fransız haubitsasından atılan mərmi mənim iki gənc dostumu öldürdü, arvadları dul, uşaqları yetim qaldı. Bu qətllərə görə məsuliyyət daşıyırsınız. Cərrahlar tərəfindən onurğamın kəsilmiş hissəsini Fransa prezidenti Emmanuel Makrona çatdırın, həmçinin ona deyin ki, Donbasda baş verənlərə görə məsuliyyətdən yayına bilməyəcəklər”.
Roqozinin bu müraciətinin Kreml tərəfindən təşkil edildiyi istisna deyil və Rusiya bununla Makrona “zamanı gələndə cavab verəcəksən” mesajını ötürür.
Asif
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
