MDB
Dövlətə xəyanət edən məmurlar ölüm cəzasına məhkum olunacaq
Belarus prezidenti Aleksandr Lukaşenko dövlət əleyhinə cinayətlərə görə məsuliyyətin gücləndirilməsi haqqında qanunu imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə "BelTA" məlumat yayıb. Qeyd olunub ki, sənəd dövlətə xəyanətə görə cinayət məsuliyyəti dövlət vəzifəsini tutan bütün şəxslərə şamil edilməsini nəzərdə tutur. Vəzifəli şəxs və ya hərbçiyə belə cinayətə görə, müstəsna cəza tədbiri - ölüm cəzası tətbiq edilir.
Həmin qanun terrorizmi təbliğ etməyə, silahlı qüvvələri və digər hərbi birləşmələri, hərbiləşdirilmiş təşkilatları nüfuzdan salmağa, habelə dövlət sirrinin mühafizəsi tələblərini pozmağa görə cinayət məsuliyyətini də nəzərdə tutur.
Bundan başqa, dövlətə xəyanətdə, sui-qəsddə və ya dövlət hakimiyyətini ələ keçirmək məqsədi ilə digər məsələlərdə şübhəli bilinən şəxslərin həbs müddəti üç gündən on günə qədər artırılmasına qərar verilib.
Aytən Məftun
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi








































