Türkiyənin məşhur mebel brendi Rusiya bazarına girir
Bizi izləyin

MDB

Türkiyənin məşhur mebel brendi Rusiya bazarına girir

Türkiyənin məşhur mebel brendi Rusiya bazarına girir

Türkiyənin iri mebel istehsalçısı "Kelebek" bu ilin iyul ayında Moskvadakı “Mega Teply Stan” ticarət mərkəzində ölkədə ilk mağazasını açmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "RİA Real Estate"ə bir neçə konsaltinq şirkəti məlumat verib.

Qeyd edilib ki, mağaza Rusiyada şirkətin flaqmanı olacaq və 1,3 min kvadratmetr ərazini tutacaq.

“Mağazada şkaf mebeli, yumşaq mebel, uşaq mebeli, bağ məhsulları və aksesuarlar təqdim olunacaq”, - ekspertlər qeyd ediblər.

Gələcəkdə türk şirkəti 500 min və daha çox əhalisi olan Rusiyanın böyük şəhərlərində satış nöqtələri açmağı planlaşdırır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm