MDB
Partizanlar Rusiyanın hərbi zavodlarına SIZDILAR: "Atəşfəşanlığa hazırlaşırıq, qisas olacaq"
Müqavimət Qüvvələrinin nümayəndələri Rusiyanın Tambov vilayətində Miçurin adına Aviasiya və Raket Texnologiyaları Zavodunda hazır avadanlıqla təchiz olunmuş anbarları qeydə alıblar.
Publika.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna” Krımın "Atəş" müqavimət hərəkatının "Teleqram" kanalına istinadla məlumat yayıb.
Bildirilib ki, partizanlar müvafiq məlumatı Ukrayna Müdafiə Qüvvələrinə ötürüblər.
Məlumatda qeyd olunub ki, hərəkat təcavüzkar ölkənin mühüm hərbi sənaye müəssisəsi olan, aviasiya və raket texnologiyalarının idarəetmə sistemləri üçün avadanlıq istehsal edən bu zavodun əməkdaşının əməkdaşlığa cəlb olunmasına nail olub.
"Atəş" agentinin sözlərinə görə, onlar indi "Su" döyüş təyyarələri, eləcə də pilotsuz təyyarələr üçün elektrik cihazları istehsalına başlayıblar.
Partizanlar əlavə ediblər ki, istehsal olunan komponentlər Moskva və Tatarıstana göndərilir.
"Agentimizin sözlərinə görə, şirkət bu ilin mayında Çin nümayəndə heyətinin səfərindən sonra hərbi ehtiyaclar üçün bir sıra komponentləri lokallaşdıra bilib", - məlumatda deyilir.
Bu zavodda istehsal və anbarlardakı hazır məhsullar haqqında məlumatlar ukraynalı müdafiəçilərə açıqlanıb.
"Rusların son vəhşi hücumlarından sonra Rusiya Federasiyası ərazisində zərbələrə qoyulan istənilən məhdudiyyət aradan qalxıb. Ona görə də atəşfəşanlığa hazırlaşırıq. Qisas olacaq", - hərəkat vurğulayır.
Hüseyn İbadlı
-
Magazin219:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Nida Xəbər 18:48Abbas Əraqçi Bakıya gəlir
-
Ekologiya17:40Meteohəssas insanların nəzərinə!
-
İdman16:42Messi tarixi uğurdan danışdı
-
Digər16:21Uşaq bağçası və xəstəxana vuruldu, 116 nəfər öldü
-
Ekologiya15:14Günəşdə iki güclü partlayış baş verdi
-
Hadisə14:53Biləsuvardakı qəzada ölən üç gənc eyni kənddə dəfn olundu - FOTOLAR
-
Digər14:21Bu ölkədə hərbi çevriliş oldu
































.jpg)




