MDB
Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
MDB-yə təhdidlər, onlara cavab tədbirləri və Qərbin ideoloji ekspansiyasına qarşı mübarizə MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin 13-cü iclasının diqqət mərkəzində olacaq.
Publika.az TAAS-a istinadən xəbər verir ki, tədbir noyabrın 5-də Moskvada Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə baş tutacaq.
Onun Azərbaycan, Ermənistan və Belarusdan olan həmkarları ilə ayrıca ikitərəfli görüşləri də gözlənilir.
Təhlükəsizlik Şurasının mətbuat xidmətindən verilən məlumata görə, iclasda “MDB-də təhlükəsizlik çağırışları və təhdidləri və mümkün birgə cavab tədbirləri”nin müzakirəsi planlaşdırılır. Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun daha əvvəl TASS-a verdiyi məlumata görə, görüşdə humanitar əməkdaşlıq və Qərbin ideoloji ekspansiyasına qarşı mübarizə də müzakirə olunacaq.
Şoyqu qeyd edib ki, Təhlükəsizlik Şurası katiblərinin görüşü “təhlükəsizlik gündəliyindəki ən mürəkkəb məsələləri açıq və konstruktiv müzakirə etməklə yanaşı, həm də ümumi ənənəvi dəyərlərin möhkəm təməli əsasında ölkələri və xalqları xarici və daxili təhdidlərdən qorumaq üçün həll yollarını birgə işləyib hazırlamağa imkan verən etibarlı ünsiyyət formatıdır”.
MDB Təhlükəsizlik Şurası katiblərinin görüşü oktyabrın 31-dən oktyabrın 5-dək Moskvada keçirilən “Rusiya və MDB xalqları” beynəlxalq festivalının yekun tədbiri olacaq.
Tural
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir




































