MDB
Putin ELAN ETDİ - Nüvə enerjisi ilə işləyən...
"Rusiya konstruktorları səsdən sürətli, gələcəkdə isə hiper səs sürətinə çatacaq nüvə mühərrikli qanadlı raketlərin növbəti nəsli üzərində işləməyə başlayıblar".
Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin məlumat verib.
“Yeni nəsil nüvə mühərrikli qanadlı raketlərin hazırlanmasına başlanılıb. Onların sürəti səsi üç dəfədən çox üstələyəcək və perspektivdə hiper səs sürətinə çatacaq”, – deyə Putin “Burevestnik” raketinin və “Poseydon” sualtı pilotsuz aparatının yaradıcılarının mükafatlandırılması mərasimində söyləyib.
Bundan əvvəl o, “Poseydon” və “Burevestnik”in hazırlanmasının ruslar üçün tarixi əhəmiyyət daşıdığını və onilliklər ərzində strateji pariteti təmin edəcəyini vurğulamışdı.
Putinin sözlərinə görə, 21 oktyabrda “Burevestnik”in sınaq zonasına NATO-nun kəşfiyyat gəmisi daimi nəzarət edirdi. Rusiya hərbçiləri onun fəaliyyətinə mane olmamışdı.
“Qoy baxsınlar”, – deyə Putin qeyd edib.
Hüseyn İbadlı
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir




































