MDB
Rusiyada neft emalı zavodunda yanğın: Soçi aeroportu bağlandı - VİDEO
Krasnodar diyarının Tuapse şəhərindəki neft emalı zavodunda güclü yanğın baş verib.
Publika.az xəbər verir ki, yanğın yanvarın 25-nə keçən gecə başlayıb. Bu zaman yerli sakinlər müəssisənin ərazisində həyəcan siqnalı səslərinin gəldiyini bildiriblər.
Kuban operativ qərargahından verilən məlumata görə, yanğınla mübarizədə 99 nəfər və 31 texnika, o cümlədən Fövqəladə Hallar Nazirliyinin 60 nəfəri və 17 texnikası iştirak edib. Onların tədbirləri nəticəsində saat 04:53-də yanğın söndürülüb .
Hadisə yerinə gələn Tuapse rayonunun rəhbəri Sergey Boykonun sözlərinə görə, vakuum qurğusu yanıb. İlkin məlumata görə, itki yoxdur. Yanğının səbəbi barədə rəsmi məlumat verilməyib.
Tuapsedən yüz kilometr aralıda yerləşən Soçi Beynəlxalq Hava Limanı yanvarın 25-nə keçən gecə məhdud fəaliyyətə keçirilib. Aeroportun dəstək xidməti dəqiqləşdirib ki, bu zaman təyyarələr müvəqqəti olaraq hava limanından qalxmayıb və enməyib.
Tural
-
Region15:37Qəzaya uğramış "C-130" ilə bağlı Türkiyədən yeni açıqlama
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
-
Hadisə11:42Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu

























