“Crocus” terrorunda şübhəli bilinən Qasımovun “Çayxana”sı bağlandı
Bizi izləyin

MDB

“Crocus” terrorunda şübhəli bilinən Qasımovun “Çayxana”sı bağlandı

“Crocus City Hall”da terror aktında şübhəli bilinən Əlişir Qasımova məxsus olduğu iddia edilən Putilkovskoe şossesində yerləşən “Çayxana” kafesi fəaliyyətini dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Kafenin binasında gələcək iş qrafiki ilə bağlı heç bir mesaj yoxdur, qonşu hamam da işi dayandırıb. Onun qapısındakı tarixsiz bildirişdə obyektin bağlı olduğu əks olunub.

Hamamın əməkdaşı agentliyə bildirib ki, “Crocus”da törədilən terror aktı ilə əlaqədar müəssisə fəaliyyətini dayandırıb: “Çayxana” bağlıdır, bizə də dedilər ki, bağla”.

Qasimov iki ay müddətinə həbs edilib, o, Rusiya vətəndaşıdır, 2014-cü ildə Qırğızıstan vətəndaşlığından imtina edib. O, mənzil kirayə verirmiş və terror aktını törədənlərlə belə tanış olub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm