Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
Bizi izləyin

MDB

Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır

Moskvada 150 nəfərin həyatını itirdiyi qanlı terror aktından sonra Rusiyanın necə reaksiya verəcəyi bütün dünyada maraqla gözlənilir. “Haber Global Web Özel”in suallarını cavablandıran rusiyalı tarixçi, professor Yuri Pivovarovun fikrincə, Kreml çox sərt müdaxilə edə bilər.

Publika.az xəbər verir ki, Pivovarov ölkə tarixində terror aktlarına qarşı son dərəcə sərt tədbirlərin görüldüyünü vurğulayıb:

“Putinin terror hadisəsindən sonra söylədikləri xalqı sakitləşdirmək yox, nə edəcəyini izah etmək kimi başa düşülməlidir. Bütün dünya Moskvada baş verən qanlı teraktdan sonra Rusiyanın necə reaksiya verəcəyini təxmin etmək üçün ölkə prezidentinin bəyanatını gözləyirdi. Putin hücumdan bir neçə saat sonra çox sərt bəyanatla çıxış etdi.

Vladimir Putin hücumun arxasında “İŞİD-H” təşkilatının Əfqanıstandakı Xorasan qolunun olduğunu bildirsə də, Ukraynanın da gözdən qaçmadığını vurğuladı. Onlar qaçmağa çalışaraq Ukraynaya doğru gedirdilər. İlkin məlumata görə, terrorçuların Ukrayna ərazisindən dövlət sərhədini keçməsi üçün "pəncərə" hazırlanıb. Putin həmçinin açıq şəkildə hücuma görə məsuliyyət daşıyan hər kəsin cəzalandırılacağını açıqladı”.

Professorun fikrincə, Rusiya Əfqanıstanda təşkilatın qurulduğu nöqtələrə müttəfiq axtara və müdaxilə edə bilər:

“Rusiyada 1998-ci ildən bəri radikal dini qrupların hücumlarına reaksiyalara nəzər salsaq görərik ki, Vladimir Putin bu təşkilatlar yoxa çıxana və ya diz çöküb aqressiv mövqeyindən əl çəkənə qədər onlara təzyiq göstərir. Bu strukturlar arasında indi Putinə tabe olan müttəfiqlər də var. Lakin Krokus binasına olan hücumun mənbəyi xarici ölkədəki təşkilatdır. Bu, ictimaiyyətin hücuma qarşı daha böyük reaksiya gözləntisinə səbəb olan vəziyyətdir. Ona görə də Putinin sözləri ictimaiyyəti sakitləşdirmək üçün deyil, nə edəcəyini izah etmək kimi şərh edilməlidir.

SSRİ dövründə Rusiyanın Gürcüstan, Ukrayna, hətta Əfqanıstanda apardığı müharibələrə nəzər saldıqda məlum olur ki, münaqişələr Moskvaya qarşı böyük terror aktlarından sonra başlayıb. Putinin Ukrayna iddiası dünya ictimaiyyəti üçün inandırıcı deyil, ona görə də Kreml Kiyevə qarşı ilk sərt reaksiyasını göstərsə də, qəzəbin istiqaməti tezliklə əsl mənbəyə yönələcək, çünki nə daxildən, nə də xaricdən heç bir reaksiya olmayacaq”.

Sabiq baş müşavir Rusiyanın Əfqanıstanda “İŞİD-H” kimi tanınan radikal dini təşkilata qarşı əməliyyat keçirəcəyini proqnozlaşdırıb:

“Təbii ki, bu çətin proses olacaq və vaxt aparacaq. Rusiyanın xarici müdaxilələri də adətən Federal Təhlükəsizlik Xidmətinin kəşfiyyat və xüsusi təyinatlılarının (spetsnaz) hədəf əməliyyatları ilə başlayır. Moskva bu müdaxilədə təşkilatın Əfqanıstan və Pakistan hökumətlərindən dəstək alacağını hesablayacaq. Çünki bu təşkilat hər iki ölkədə mülki insanlara qarşı hücumlarını davam etdirir. Rusiya da Mərkəzi Asiya ölkələri və İranın ortaq düşmən hesab etdiyi bu təşkilata müdaxilə etmək üçün geniş iştirakla operativ alyans yaratmağa çalışacaq”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm