Qırğızıstanda FACİƏ: 6 uşaq suda boğularaq öldü
Bizi izləyin

MDB

Qırğızıstanda FACİƏ: 6 uşaq suda boğularaq öldü

Qırğızıstanda avtomobilin gölə düşməsi nəticəsində 4-9 yaş arası 6 uşaq ölüb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Çuy vilayətinin Daxili İşlər İdarəsindən məlumat verilib.

"Çuy vilayətinin Jiyıl rayonunda, Altın kəndi yaxınlığında içərisində 8-i uşaq olmaqla 11 nəfərin olduğu "Volkswagen" markalı avtomobil gölə düşüb", - idarənin nümayəndəsi bildirib.

İlkin məlumata görə, sürücü idarəetməni itirib.

"Hazırda iş araşdırılır", - Daxili İşlər İdarəsi əmin edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm