Ukrayna bu dəfə Taxtamukayda neft anbarını vurdu
Bizi izləyin

MDB

Ukrayna bu dəfə Taxtamukayda neft anbarını vurdu

Rusiyanın Adıgey Respublikasının Taxtamukay rayonunda yerləşən neft anbarında pilotsuz təyyarənin hücumundan sonra yanğın baş verib.

Publika.az xəbər verir ki, bu barədə Adıgey Respublikasının başçısı Murat Kumpilov özünün Telegram kanalında bildirib.

Onun sözlərinə görə, ötən gecə pilotsuz təyyarələr Taxtamukay rayonunun Ənəm kəndindəki neft bazasına hücum edib.

“Hücumdan sonra yanğın başlayıb. Səhər saat 6-da yanğınsöndürənlər və xilasedicilər yanğını tam söndürüblər”, - Kumpilov qeyd edib.

O aydınlaşdırıb ki, yanğın sahəsi təxminən 400 kvadratmetrdir. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Respublika başçısı əlavə edib ki, sakinlər üçün heç bir təhlükə yoxdur. Hadisə yerində əməliyyat qərargahı işləyir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm