Putin sülh danışıqlarının şərtlərini açıqladı
Bizi izləyin

MDB

Putin sülh danışıqlarının şərtlərini açıqladı

Rusiyanın iştirakı olmadan və onunla vicdanlı dialoq aparmadan Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq mümkün deyil. Sülh yolu ilə həll üçün əsas razılaşmalar beynəlxalq müqavilələrdə təsbit edilməlidir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

O vurğulayıb ki, sənədlərdə Ukraynada rusdilli vətəndaşların hüquq, azadlıq və mənafeləri açıqlanmalıdır: "Təbii ki, bu, həm də Rusiyaya qarşı Qərbin bütün sanksiyalarının ləğvini nəzərdə tutur".

Dövlət başçısı həmçinin qeyd edib ki, Rusiyanın iştirakı olmadan və onunla vicdanlı dialoq baş tutmadan Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq mümkün deyil.

Xatırladaq ki, daha əvvəl Putin vurğulamışdı ki, Kiyev hazır olduqlarını bəyan edən kimi və qoşunların regionlardan real çıxarılmasına başlayan kimi, Rusiya dərhal danışıqlara başlamaq əmrini verəcək. O, həmçinin əlavə edib ki, danışıqlar üçün digər şərt Kiyevin NATO-ya daxil olmaq niyyətindən imtina etməsi barədə bəyanatı olmalıdır.

Rusiyaya Ukraynada atəşin müvəqqəti dayandırılması yox, münaqişənin tam həlli lazımdır. Dövlət başçısı vurğulayıb ki, Rusiya və onun KTMT, ŞƏT-dəki tərəfdaşları, eləcə də Qərb dövlətləri dialoqa hazırdır.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm