Dərbənddə sinaqoq və kilsə atəşə tutuldu: ölən və yaralanan var - VİDEO
Bizi izləyin

MDB

Dərbənddə sinaqoq və kilsə atəşə tutuldu: ölən və yaralanan var - VİDEO

Dərbənddə sinaqoq və kilsə atəşə tutulub.

Publika.az xəbər verir ki, bu barədə Dağıstan Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutublar.

İlkin məlumata görə, bir polis əməkdaşı həlak olub, bir polis əməkdaşı isə yaralanıb.

Nazirlikdən bildirilib ki, şübhəlilər ağ rəngli “Volkswagen Polo” markalı avtomobillə qaçıblar.

Hazırda sinaqoqda yanğın baş verib. Yanğının söndürülməsi üçün işlər görülür.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm