“Ən rus bölgəsi”ndə spirtli içki satışı qadağan edilir: “Nalivayki” biabırçılığı
Bizi izləyin

MDB

“Ən rus bölgəsi”ndə spirtli içki satışı qadağan edilir: “Nalivayki” biabırçılığı

Rusiyanın Voloqda vilayətində həftə içi spirtli içkilərin satışına qismən qadağa tətbiq olunacaq.

Publika.az xəbər verir ki, əhalinin 97,27 faizini ruslar təşkil edən ölkənin “ən çox rus” bölgəsində gündə cəmi iki saat, saat 12-dən 14-ə kimi spirtli içki satılacaq.

Bu barədə vilayət qubernatoru Georgi Filimonov məlumat verib.

O, həftə sonları və bayram günlərində spirtli içkilərin satışının əvvəlki qaydada davam edəcəyinə aydınlıq gətirib. Bu məhdudiyyət Voloqda vilayətinin qanunvericilik məclisi tərəfindən tam təsdiq olunmaq şərti ilə 2025-ci il martın 1-dən qüvvəyə minəcək.

“Regionların ayıqlığının federal reytinqində Vologda vilayəti biabırçı 71-ci yeri tutur. Bütün bunların fonunda son dörd il ərzində alkoqollu supermarketlərin sayı üç dəfədən çox artıb. Onlar hər addımdadırlar. Gecələr insanları sərxoş edən “nalivayki” ilə bağlı çoxlu şikayətlər daxil olur”, - qubernator bildirib.

Filimonov vurğulayıb ki, yenilik regionda alkoqolizm hallarının artması ilə izah olunur - son vaxtlar bu, 30 faiz artıb. Bundan əlavə, külli miqdarda spirtli içkilərin qəbulu vətəndaşların sağlamlığına mənfi təsir göstərərək, il ərzində əhalinin 7,5 min azalmasına səbəb olub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm