MDB
Rusiya böyük müharibəyə hazırlaşır: nüvə fəaliyyəti baş verərsə...
Rusiya Fövqəladə Hallar Nazirliyinin Tədqiqat İnstitutu əhalini müxtəlif təhlükələrdən, o cümlədən zərbə dalğalarından və nüvə partlayışlarından, radioaktiv çirklənmədən qorumaq üçün mobil sığınacaqların kütləvi istehsalına başladığını açıqlayıb.
Publika.az xəbər verir ki, “KUB-M” adlı səyyar sığınacaqların kütləvi istehsalı nüvə partlayışı nəticəsində yaranan şok dalğaları və radiasiya da daxil olmaqla, müxtəlif təhlükələrdən qoruya bilər.

Nazirlikdən bildirilib ki, Rusiyanın qərbindəki Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərindəki müəssisələrdə kütləvi istehsal olunan səyyar sığınacaqlardan təbii fəlakətlərdə istifadə oluna bilər:

“Səyyar sığınacaqlar 54 nəfərlikdir və bu say artırıla bilər. Səyyar sığınacağın kütləvi istehsalına başlanması vətəndaşların təhlükəsizliyinin artırılması istiqamətində mühüm addımdır. Sığınacaqların tərtibatçıları keçən il təqdimat iclasında elan etmişdilər ki, onlar yüngül nüvə hücumundan, yanğından, silahlı hücumdan, radioaktiv buraxılışdan və kimyəvi təhlükələrdən 48 saat qoruyur”.
Aysel Şahmar
-
İqtisadi gündəm09:21Hansı sahədə çalışanların pensiyası arta bilər?
-
Region08:48Türkiyədə nişan mərasimində 113 nəfər ZƏHƏRLƏNDİ
-
MDB07:47Psixoloq qulaqcıqı həblə səhv salaraq UDDU - “Əgər musiqi açsan...”
-
Ekologiya07:17Bu gün hava necə olacaq? - PROQNOZ
-
İdman06:46Mourinyo onunla Özilə təlimat çatdırdı: “Sonra bizə qol vurdu”
-
Magazin106:16“Oğullarıma söz vermişəm” - Doğuş 14 il sonra “Survivor”da!
-
ABŞ05:45ABŞ-da 130 mindən çox ev zülmətə qərq oldu
-
Nəqliyyat03:43Sürücülər üçün təhlükə törədən səki: "Nə işıq, nə yol nişanı var" - VİDEO




































