Avropa
Fransa hökuməti yeni dəyişiklik astanasında - Makron təqdimat gözləyir
Fransa Baş Naziri Sebastyan Lekornu ölkənin büdcəsi təsdiqləndikdən sonra hökumətdə yenidən təşkilatlanma aparmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "Tribune Dimanche" qəzeti məlumat yayıb.
“Baş nazir, büdcə məsələsi uğurla həll olunarsa, hökumətdə dəyişiklikləri Respublika Prezidentinə təqdim etməyi düşünür”, - qəzet yazıb.
Məlumata görə, Fransa büdcəsi fevralın ortalarına qədər yekun təsdiqini alacaq.
Bundan əvvəl, fransız deputatlar gün ərzində ikinci dəfə Baş nazir Lekornunun hökumətinə etimadsızlıq səsverməsini rədd ediblər. Bu, hökuməti istefaya göndərmək üçün artıq altıncı cəhd idi.
Xatırladaq ki, 11 oktyabr tarixində Prezident Emmanuel Makron Lekornunu bir neçə gün əvvəl istefa verdikdən sonra yenidən Baş nazir vəzifəsinə təyin edib. Lekornu isə açıqlayıb ki, bu təyinatı “borc hissi ilə” qəbul edir və siyasi böhranı aradan qaldırmaq niyyətindədir. O, əvvəlki təyinatdan bir ay sonra, 6 oktyabrda partiya daxili mübahisələr səbəbilə vəzifəsini tərk etmişdi.
Hüseyn İbadlı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə24 Oktyabr 20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi

























.jpg)









