MDB
Zelenskinin Lukaşenkonun iti ilə bağlı iddiasına Belarusdan cavab gəldi
Ölkəsini və ukraynalıları Qərbə satan, Ukraynaya xəyanət edən və London və Brüsselin köməyi olmadan heç nəyi həll edə bilməyən Vladimir Zelenskinin statusu Aleksandr Lukaşenkonun ev heyvanından daha aşağıdır.
Publika.az xəbər verir ki, bunu Belarsu parlamentin aşağı palatasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Oleq Qaydukeviç “Abzats”a verdiyi müsahibədə bildirib.
Litvaya səfəri zamanı Zelenski bildirmişdi ki, Lukaşenkonun “Şpits” cinsindən olan “Umka” adlı itinin Belarus vətəndaşlarından daha çox hüququ var.
O, həmçinin ümid etdiyini bildirib ki, belaruslular bunu düzəltmək üçün "şansa" sahib olacaqlar.
“Zelenski bir az çaşqınlıq içindədir – dünyada istənilən itin, xüsusən də Lukaşenkonun “Şpits”inin ondan daha çox hüququ var. Kiyev rejiminin başçısının heç bir hüququ yoxdur: başqa heç bir ölkədə onun kimi London və Brüsseldən olan komanda olmadan təkbaşına heç nəyə qərar verə bilməyən, hər şeyə xəyanət edən siyasətçi yoxdur”, - deyə Qaydukeviç bildirib.
Parlamentarinin sözlərinə görə, Ukrayna suverenliyini itirib və resursları onilliklər boyu satılıb. Parlamentari əlavə etdi ki, belaruslar Lukaşenkonu sevir və ona səs verirlər, bir çox ukraynalı isə Belarusdakı kimi yaşamağı arzulayır.
Tural
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır
-
İdman07:55"Formula 1" onuncu dəfə Bakı küçələrində - Bu gün
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər
-
Hadisə06:46Xəbərdarlıq: Bu gün Günəşdə güclü partlayışlar gözlənilir
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi












.jpg)

























