Putindən Trampa TARİXİ HƏDİYYƏ - “O, sınmadı, qorxmadı, əksinə...” / FOTO
Bizi izləyin

MDB

Putindən Trampa TARİXİ HƏDİYYƏ - “O, sınmadı, qorxmadı, əksinə...” / FOTO

Putindən Trampa TARİXİ HƏDİYYƏ - “O, sınmadı, qorxmadı, əksinə...” / FOTO

Amerikanın CNN telekanalı Vladimir Putinin mart ayında ABŞ Prezidenti Donald Trampa hədiyyə etdiyi portreti dərc edib.

Publika.az xəbər verir, hədiyyənin müəllifinin rəssam Nikas Safronov olduğu üzə çıxıb.

Rəsmdə o, Trampı havaya qaldırılan yumruq və üzündə qan izləri ilə təsvir edib - 2024-cü il iyulun 13-də Pensilvaniyada seçki kampaniyası zamanı ona qarşı sui-qəsd cəhdi anını xatırladır. Prezidentin arxasında Amerika bayrağı dalğalanır və Nyu-Yorkun fonunda Azadlıq Heykəli və Manhetten ərazisi görünür.

"Mənim üçün sui-qəsd anında onun qanını, yarasını və cəsarətini təsvir etmək vacib idi. O, sınmadı, qorxmadı, əksinə, əlini qaldırdı və Amerika ilə bir olduğunu və ona layiq olanı geri qaytaracağını göstərdi", - Safronov işini şərh edib.

Onun sözlərinə görə, portret üçün sifariş alan zaman o, bu işin iki ölkəni daha da yaxınlaşdıra biləcəyini dərhal anlayıb və buna görə də bunun üçün pul götürməyib. Rəssam qeyd edib ki, Putin özü daha sonra onunla əlaqə saxlayıb, Trampın portretini Moskva ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində mühüm addım adlandırıb.

Mart ayında ABŞ prezidentinin nümayəndəsi Steven Vitkoff demişdi ki, prezident Putin Amerika liderinə Rusiyanın aparıcı rəssamının gözəl portretini hədiyyə edib.

Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskovun izah edib ki, hədiyyə şəxsi olub və Kreml əlavə məlumat vermək istəməyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm