MDB
Rusiya Ukraynanın bu şəhərini də tutmaq istəyir: Putinin köməkçisi açıqladı

Rusiya prezidentinin köməkçisi və Dəniz Kollegiyasının rəhbəri Nikolay Patruşev Rusiya Federasiyasının Ukrayna limanlarına iddia qaldıra biləcəyindən və münaqişənin həlli prosesində bu məsələnin gündəmə gəlib-gəlməyəcəyindən danışıb.
Publika.az xəbər verir ki, Patruşev bu barədə Rusiya mətbuatına danışıb. O, ölkənin xalqın iradəsinə hörmətlə yanaşdığını diqqətə çatdırıb.
“Bunu Krımın, Sevastopolun, Donbassın Rusiyanın tərkibinə daxil olması təcrübəsindən görmək olar”, - Patruşev xatırladıb.
O, həmçinin qeyd edib ki, Ukraynanın müxtəlif regionlarının sakinləri öz gələcəklərini müəyyən etmək hüququna malikdirlər və bu, odessalılara da aiddir. Prezidentin köməkçisinin sözlərinə görə, şəhər sakinlərinin böyük əksəriyyətinin Kiyevlə heç bir əlaqəsi yoxdur.
“Və çətin ki, onların taleyini neonasizmlə bağlasınlar. Onlar qeyri-legitim Kiyev hökumətinə tabe olmaq istəmirlər”, - Patruşev iddia edib.
Mövzunu davam etdirən Patruşev xatırladıb ki, Odessanın əsasını İmperator II Yekaterina qoyub. Şəhər 200 ildən çox Rusiyanın Qara dənizdəki forpostu olub.
Sonda Rusiya prezidentinin köməkçisi iddia edib ki, Odessa limanı silahların ötürülməsi qovşağına və dəniz təxribatçıları üçün bazaya çevrilib.
Tural

-
Art00:55
İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - VİDEO
-
ABŞ12 May 21:31
Trampın Yaxın Şərqə səfəri başladı
-
Avropa12 May 20:11
Kir Starmerin evi yandı
-
ABŞ12 May 19:40
ABŞ və Çin razılığa gəldi: Rüsumlar endirildi
-
Nəqliyyat12 May 18:40
21 yolda tıxac var - Siyahı
-
Hadisə12 May 18:30
DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın TƏFƏRRÜATI
-
Hadisə12 May 18:20
Baş Prokurorluq Gəncədəki PARTLAYIŞla bağlı məlumat yaydı
-
Dünya12 May 17:05
Bu bölgədə məskunlaşanlara 19 min manat veriləcək