Sosial
Laçında keçirilən əmək yarmarkasında 90-dək vakansiya təqdim olundu - Foto
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda növbəti əmək yarmarkası keçirilib.
Publika.az xəbər verir ki, yarmarkanın açılışı zamanı Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramının icrası çərçivəsində doğma yurdlarına köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təminatı sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Bu tədbirlər sırasında əmək yarmarkalarının təşkilinə də xüsusi önəm verildiyi, işğaldan azad edilmiş ərazilərdə ötən dövrdə işəgötürənlərlə sıx əməkdaşlıqda 36 əmək yarmarkasının təşkil edildiyi qeyd olunub.
Əmək yarmarkasında 21 müəssisə tərəfindən informasiya texnologiyaları üzrə mühəndis, rabitə mühəndisi, elektrik-qaz qaynaqçısı, ofisiant, yük avtomobili sürücüsü, qənnadıçı, fəhlə, dəmirçi, gözətçi və digər peşə istiqamətləri üzrə ümumilikdə 90-dək vakansiya təqdim olunub.
Tədbirdə iştirak edən işsiz və işaxtaran şəxslərə vakansiyalar barədə ətraflı məlumat verilib, onların uyğun işlərə yönləndirilməsi həyata keçirilib. Bununla yanaşı, vətəndaşlara Dövlət Məşğulluq Agentliyinin icra etdiyi aktiv məşğulluq proqramları və layihələri barədə də məlumatlar verilib.
Qarabağ Peşə Hazırlığı Mərkəzi də tədbirdə öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslər Mərkəzin fəaliyyəti, təşkil olunan kurslar və müraciət qaydaları barədə məlumatlandırılıb.
-
Hadisə03:19Üstündən avtobus keçən qadının nəvəsi danışdı - Video
-
Qoroskop01:38Günün ulduz falı: diqqət mərkəzində olacaqsız
-
Avropa21 İyun 22:58Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq
-
İdman21 İyun 21:40Rəsmən təsdiqləndi: Ronaldo bu klubun sahibi oldu
-
ABŞ21 İyun 21:26Biz amerikalıların təhdidlərini heç sayırıq - Qalibaf
-
Hadisə21 İyun 20:46Tovuzda dəhşətli qəza - Yaralılar var
-
ABŞ21 İyun 19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə21 İyun 18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video














.jpg)



















