MDB
Rusiya dağılır: Yüzdən çox şəhərin məhv olacağı bildirildi - Qarşısını ala bilmirlər
Rusiyada ümumi əhalisi 3,4 milyon olan 129 kiçik şəhər yox olmaq təhlükəsi ilə üzləşib.
Publika.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının (RANEPA) ekspertləri apardıqları araşdırmadan sonra belə bir nəticə çıxarıblar.
Alimlərin hesablamalarına görə, son 10 ildə sözügedən şəhərlərin əhalisi 314 min nəfər azalıb. Sakinlərin sayının azalması ilə yanaşı, yaşayış məntəqələrinin yoxa çıxması məşğulluğun azalması, kiçik və orta sahibkarlıq subyektlərinin sayının azalması ilə müşayiət olunur.
Bildirilir ki, əhali sayının daha çox azalması ölkənin şimalındakı kömür, metallurgiya və ağac sənayesi şəhərlərində olub. Prezident Akademiyasının inkişaf iqtisadiyyatı tədqiqat laboratoriyasının rəhbəri Stepan Zemtsovun sözlərinə görə, yaşayış məntəqələri bir neçə nəsil ərzində kiçiləcək, lakin bu prosesi geri qaytarmaq olmayacaq.
“Yeni iqtisadi stimullar yaranarsa – məsələn, logistika axınlarının yenidən bölüşdürülməsi, sənaye və ya aqrar-sənaye klasterlərinin yaradılması, turizm sektorunda investisiya layihələri və ya yerli istehsalın dirçəldilməsi ilə şəhərlər öz itirilmiş funksiyalarını bərpa edə bilər”, - deyə Zemtsov bildirib.
Adəm
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)

.jpg)