MDB
Putinin saxlanılması xərcləri rekord həddə çatacaq

Rusiya Prezidenti Vladimir Putin və onun administrasiyasının saxlanması 2026-cı ildə Rusiya vergi ödəyiciləri üçün daha baha başa gələcək.
Publika.az "The Moscow Times"a istinadla xəbər verir ki, bu barədə Dövlət Dumasının vahid bazasında dərc olunmuş büdcə qanunu layihəsində qeyd olunur.
Sənədə əsasən, “Prezidentin və onun administrasiyasının fəaliyyətinin təmin edilməsi” maddəsi üzrə xərclər 32,917 milyard rubl təşkil edəcək — bu da orta hesabla ayda 2,74 milyard rubl, həftədə 633 milyon rubl və gündəlik 90 milyon rubl deməkdir.
Cari illə müqayisədə (30,926 milyard rubl) Putinin saxlanması təxminən 2 milyard rubl bahalaşacaq və bu məbləğ bəzi kasıb Rusiya regionlarının illik büdcəsindən çox olacaq (məsələn, Kalmıkiyada 28,8 milyard rubl, Yəhudi Muxtar Vilayətində 24,2 milyard rubl).
2027-ci ildə prezident və onun administrasiyasının maliyyələşdirilməsi əlavə 809 milyon rubl artırılaraq 33,726 milyard rubla çatacaq; 2028-ci ildə isə daha 906 milyon rubl artımla 34,632 milyard rubl olacaq.
2026-cı ildə ayrılacaq əlavə vəsaitin üçdə üçü — 1,511 milyard rubl — administrasiya əməkdaşlarının maaşlarının artırılmasına yönəldiləcək. Qalan təxminən 500 milyon rubl isə Kremlin ehtiyacları üçün “malların, işlərin və xidmətlərin əlavə satın alınması”na ayrılacaq.
Prezidentdən sonra büdcə üçün Dövlət Duması və Federasiya Şurasının saxlanması da bahalaşacaq. 2026-cı ildə parlamentin aşağı palasına ayrılan vəsait 2,3 milyard rubl artırılaraq 17,648 milyard rubla çatacaq. Bu artımın yarısından çoxu — 1,265 milyard rubl — Dumadakı maaşlara gedəcək və ümumilikdə bu xərclər büdcəyə ildə 11,257 milyard rubl başa gələcək.
Federasiya Şurası isə gələn il əlavə 373 milyon rubl maliyyə alacaq və ümumi xərcləri 8,622 milyard rubl olacaq.
Baş nazir Mixail Mişustin və onun müavinlərinin aparatına ayrılan vəsait gələn il təxminən 1 milyard rubl artırılaraq 13 milyard rubla çatacaq. Sonrakı iki ildə bu məbləğ daha 1 milyard rubl artaraq 2027-ci ildə 13,48 milyard, 2028-ci ildə isə 13,95 milyard rubl olacaq.
Layihəyə əsasən, gələn il ümumi büdcə xərcləri 1,2 trilyon rubl artaraq 44 trilyon rubla çatacaq. Gəlirlər isə 40,3 trilyon rubl olacaq. Nəticədə büdcədə 3,7 trilyon rubl “böyük boşluq” yaranacaq.
Bu rekord pandemiya dövründəkindən də böyük olan kəsiri örtmək üçün hökumət ƏDV-ni 20%-dən 22%-ə qaldırmağı, həmçinin kiçik biznes üçün radikal vergi islahatı aparmağı planlaşdırır. Bu çərçivədə sadələşdirilmiş vergi sisteminə keçid üçün illik gəlir həddi 60 milyon rubldan 10 milyon rubla endiriləcək.
Hüseyn İbadlı
-
Səhiyyə23:12
Qızı klinikada FƏRYAD ETDİ: "36 min ödədim, anamı öldürüb mənə verdilər" - VİDEO
-
Səhiyyə23:00
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
-
İdman21:48
Daha bir əfsanə futboldan gedir - FOTO
-
Magazin121:30
Qardaşının vəfatından sonra açıqlama yaydı - VİDEO
-
Hadisə21:12
Ağdaşda iki bacı faciəvi şəkildə HƏLAK OLDULAR
-
Sosial20:00
MUM-da 103 min mənimsəyən Günay HƏBS EDİLDİ - FOTO
-
İqtisadi gündəm19:12
Dünya Bankından Azərbaycan iqtisadiyyatı ilə bağlı YENİ PROQNOZ
-
Sosial19:00
Bakının bəzi ərazilərində QAZ OLMAYACAQ